Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Gəncə şəhərində fərdi yaşayış evinin çardağında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Keçirilən tədbirlər nəticəsində meyit evin çardağından düşürülərək aidiyyəti üzrə təhvil verilib.