Gəncədə kişi arvadını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2004-cü il təvəllüdü Səma Hətəmli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.