Gəncədə məktəbdə zəhərlənmə: Şagirdlər xəstəxanaya yerləşdirildi

Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 5 şagird Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə gətirilib.

Hadisənin təfərrüatları və zəhərlənmənin səbəbləri dəqiqləşdirilir..