Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğularaq ölüb.

Sherg.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.