Gürcüstan Baş prokurorluğu azərbaycanlılar arasında kütləvi bıçaqlanma ilə bağlı məlumat yayıb
08:40 28.11.2024
Hadisə
395
Gürcüstanın Baş Prokurorluğu azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsində kütləvi bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, prokurorluq faktla bağlı iki nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin iki və daha çox şəxsin sağlamlığına qrup halında qəsdən ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsi ilə ittiham irəli sürüb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin Muşevan (Dəllər) kəndində 7 nəfərə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təqsirləndirilən şəxslərin noyabrın 25-də saxlanıldığı qeyd olunub. Məlumata görə, iş üzrə 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bildirilib ki, artıq prokurorluq saxlanılanlara qarşı həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.
Qeyd edək ki, hadisə noyabrın 25-də Muşevan kəndində toy mərasimində baş verib. Məlumata görə, Muşevan və Darvaz kəndlərindən olan gənclər arasında mübahisə davaya çevrilib. İnsident zamanı Dəllər kəndindən 6, Darvaz kəndindən 1 nəfər bıçaqlanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media