
İçinə mismar doldurulmuş sosiskayla öldürüldü: Baş nazir hiddətləndi
10:40 08.07.2025
Hadisə
364
İtalyanın Taranto şəhərində yeddi ildir axtarış-xilasetmə əməliyyatlarında xidmət edən bu “qəhrəman” axtarış iti, məqsədli şəkildə içi mismarla doldurulmuş sosiskaların kulbasına atılması nəticəsində daxili qanaxma keçirərək ölüb.
Sherg.az xəbər verir ki, Brunonun məşqçisi Arcangelo Caressa itin dəhşətli şəkildə öldüyünü bildirib və hadisəni törədən şəxsə xəbərdarlıq edib: “Kim olduğunu bilirəm, bunun cəzasını çəkəcəksən.”

Caressa Facebook paylaşımında Bruno üçün belə yazıb: “Sən hər zaman mənim qəhrəmanım olacaqsan. Bütün ömrünü insanlara kömək etmək üçün mübarizə apardın və sənə bunu edən də bir insan oldu.”
İtaliya mediasının məlumatına görə, Belçika mənşəli Bruno yeddi ildir Caressa ilə birlikdə çalışırdı və itkin düşmüş uşaqlar, Alzheymer xəstələri də daxil olmaqla doqquz nəfəri uğurla xilas etmişdi.
İtaliyanın Baş naziri Corcia Meloni bu hadisədən sonra Brunoya mükafat verdiyi bir şəkli paylaşaraq, “Ürək dağlayan bir xəbər. Alçaq, qorxaq və qəbuledilməz bir hərəkət” açıqlamasını verib.
Narkotik əleyhinə əməliyyatlarda çalışan itləri məşq etdirən və qanunsuz it döyüşlərinə qarşı mübarizə aparan Caressa, İtaliya mediasına açıqlamasında bildirib: “Əsl hədəf Bruno deyildi, mən idim.”
Son həftələrdə ölüm təhdidləri aldığını deyən Caressa əlavə edib: “Məni aradan götürmək istəyirlər. Amma heç vaxt təslim olmayacağam. Bu, pul və intiqam uğruna həyata keçirilmiş alçaq bir hücumdur.”
Brunonun ölümü İtaliyada böyük rezonansa səbəb olub və geniş şəkildə mediada yer alıb. Sosial mediada çox sayda insan hadisəni törədənlərin yeni qüvvəyə minmiş heyvan hüquqları qanununa əsasən mühakimə olunmasını tələb edir.
Yeni qanuna əsasən, bir heyvanın uzun müddətli əzab və ya işgəncə nəticəsində öldürülməsi dörd ilə qədər həbs və 51 min funt-sterlinqə qədər cərimə ilə cəzalandırıla bilər.
Qan itlərinin (bloodhound) iybilmə qabiliyyətlərinin insanlarınkından azı min dəfə güclü olduğu və 300 saat əvvəlki bir qoxunu belə izləyə bildikləri qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm