Bu gün İrəvanda baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub.
APA “news.am”a istinadən xəbər verir ki, xəstəxanaya 7 nəfər gətirilib, onlardan biri ölüb.
Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır, qalanları əməliyyat olunur.
Hadisənin digər detalları hələlik açıqlanmayıb.
***
16:56
İrəvanın Açapnyak rayonunda atışma baş verib.
APA “news.am”a istinadən xəbər verir ki, internetdə bir qrup insanın bir-birinə atəş açdığını əks etdirən video yayılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.
İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.