İspaniyanın Ciudad Rodrigo şəhərində keçirilən "Carnaval del Toro" zamanı 71 yaşlı tamaşaçı buğanın hücumu nəticəsində həyatını itirib.
Sherg.az xəbər verir ki, məlumata görə, Eustaquio Martin adlı şəxs festivalın ilk gecəsində buğanın yaxınlaşdığını görməyib və sinəsindən buynuzlanıb. Ağır daxili xəsarətlər alan Martin xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Bildirilir ki, buynuz zərbəsi ürəyə və ağciyərə ciddi ziyan vurub.
Hadisə 1986-cı ildən bəri festivalda qeydə alınan ilk ölüm faktıdır. Şəhər meri Marcos Caridadnin sözlərinə görə, faciə ilə bağlı bir dəqiqəlik sükut elan edilib. Festivalın rəsmi sosial şəbəkə hesabında isə 40 ildən sonra baş verən bu hadisənin dərin sarsıntı yaratdığı bildirilib.