Dənizli şəhərində baş verən hadisədə, evin həyətində zəncirsiz saxlanılan it tərəfindən yaralanan şəxs, it sahibindən 2 milyon 3 min 657 lira təzminat almaq hüququ qazanıb.
Sherg.az xəbər verir ki, hadisə zamanı Develi rayonundakı bağ evinə gedən şəxs, tel torla əhatə olunmuş həyətdə bağlanmamış it tərəfindən hücuma məruz qalıb. Vücudunun müxtəlif yerlərindən xəsarət alan və 4 dəfə əməliyyat olunan şəxs, it sahibinə qarşı maddi və mənəvi təzminat tələb edib.
Yerli məhkəmə it sahibini məsul tutaraq 1 milyon 953 min lira maddi və 50 min lira mənəvi təzminat ödəməsinə qərar verib. Hücum nəticəsində yaralının üzündə qalıcı iz qaldığı, iş qabiliyyətini 54% itirdiyi və müvəqqəti iş qabiliyyətinin 4 ay məhdudlaşdığı təsbit edilib.
İddia sonrası Yargıtay 3-cü Hüquq Dairəsi qərarı təsdiqləyib və it sahibinin Türk Borclar Qanununun 67-ci maddəsi üzrə məsuliyyət daşıdığı vurğulanıb.
Hadisə it sahiblərinin öhdəliklərini yerinə yetirməməsinin ciddi nəticələr doğura biləcəyini bir daha göstərib.