Kəlbəcərdə itkin düşmüş şəhidin qalıqları İsmayıllıda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Feyzullayev Fərman Məhəmməd oğlunun qalıqları İsmayıllı rayonunun İstisu kəndində dəfn olunub.

APA -nın Şirvan bürosu xəbər verir ki, əvvəlcə İsmayıllı rayonunun İstisu kəndində şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Feyzullayev Fərman Məhəmməd oğlu 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ ərazisində gedən döyüşlər zamanı itkin düşüb.