NASA tərəfindən Marsdan yayımlanan yeni görüntülər sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, kadrlarda görünən piramida formasına bənzər quruluş bəzi istifadəçilər arasında vaxtilə bu planetdə sivilizasiyanın mövcud olması ehtimalını gündəmə gətirib.
Bəzi alimlər obyektin forma və ölçülərinə görə Misordəki Giza Piramidası ilə oxşar olduqlarını qeyd edirlər.
Digər mütəxəssislər isə bu quruluşun təbii mənşəli ola biləcəyini bildirir. Onların sözlərinə görə, obyektin aşkarlandığı ərazi dik qayalar, sürüşmələr və laylı süxurlar ilə tanınır ki, bu da belə formaların təbii yollarla yaranmasını mümkün edir.
Müzakirələr davam etsə də, hələlik bu obyektin mənşəyi ilə bağlı yekun elmi nəticə açıqlanmayıb.