Metroda cibgirlik edən şəxs saxlanılıb

Martın 4-də Bakı metropoliteninin stansiyalarının birində oğurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənədlər və bank kartları olan pulqabısının, eləcə də mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.