Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı

3 gündür Mingəçevir su anbarında itkin düşən və köməksiz vəziyyətdə qalan 5 nəfər şəxsin yeri müəyyən olunub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, FHN-nin Aran Dalğıc Axtarış qrupu 3 gündür axtarışları davam edən 5 nəfər Ağdaş rayon sakinin yerini meəyyən edib.

Onların hamısı sağdır. Xilasedicilər onları təhlükəsiz əraziyə çıxarmağa hazırlaşır. Balıq tutmaq üçün su hövzəsinə gələn və daha sonra köməksiz halda qalan şəxslər su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində tapılıb.