Mingəçevirdə yaşlı kişi poçtda qəfildən vəfat edib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Novruz şənliyinin keçirildiyi meydanın yaxınlığında yerləşən Mərkəzi Poçt binasında qeydə alınıb.
1946-cı il təvəllüdlü şəhər sakini Rafael Qubadzadə xidmətdən yararlanmaq üçün gəldiyi poçt şöbəsində qəfildən halı pisləşərək dünyasını dəyişib. İlkin müayinə zamanı onun ürəktutmasından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.