Bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2007-ci il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanama diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.
***
15:25
Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində baş verib.
2007-ci il təvəllüdlü şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb.
Təcili xəstəxanaya çatdırılan qızın durumu ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.