Moskva vilayətinin Qorki-2 qəsəbəsindəki məktəbdə yeniyetmə şagirdlərə bıçaqla hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölənin şagird olduğu bildirilir.
Hücum edən şəxs saxlanılıb.