Narkotik istintaqında saxlanılmışdı: Test mənfi çıxdı, yarışmaya qayıtdı

Məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində barəsində saxlanma qərarı verilən “Survivor 2026”nın iştirakçısı Barış Murat Yağcı Dominikdən təcili Türkiyəyə qayıtmışdı. Ondan götürülən saç və qan nümunələrinin nəticəsi mənfi çıxıb və o, azad edilərək yenidən yarışmaya qayıdıb.

Sherg.az xəbər verir ki, istintaq çərçivəsində komediyaçı Hasan Can Kaya və müğənni Reynmen daxil olmaqla 11 nəfərin saxlanıldığı bildirilmişdi. Siyahıda “Survivor 2020” çempionu Nisa Bölükbaşının da adının olduğu qeyd olunub.

Yağcı İstanbul Hava Limanında saxlanıldıqdan sonra Ədli Tibb Qurumuna aparılıb. Test nəticələri mənfi çıxdığı üçün barəsində əlavə tədbir görülməyib.