Naxçıvanda evdən ər və arvadın meyitləri tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.