Binyamin Netanyahunun Qərbi Kudüsdəki ofisinin önündə şübhəli paket aşkarlanıb.
Sherg.az xəbər verir ki, hadisə yerinə bomba imha və hüquq-mühafizə ekspertləri göndərilib.
"Maariv" qəzetinin məlumatına görə, şübhəli paket barədə məlumat daxil olduqdan sonra ofisə dərhal adli tibb və bomba imha mütəxəssisləri cəlb edilib.
Eyni zamanda, Netanyahunun yaşayış yeri yaxınlığındakı Kayserya şəhərində polis, hərbi qüvvələr, yanğınsöndürənlər və Qızıl Davut Yıldızı komandalarının iştirakı ilə genişmiqyaslı fövqəladə vəziyyət təlimi keçiriləcək. Təlim zamanı təhlükəsizlik və təcili yardım vasitələrinin, helikopter və dronların aktiv hərəkəti gözlənilir.