
Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi növbəti təxribatdır -ŞƏRH
11:56 17.12.2024
Hadisə
465
Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib. Bu barədə missiyanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. Paylaşımda qeyd edilib ki, Ermənistandakı Niderland səfiri xanım Marike Monro Vinteri AB missiyasının ofisində qəbul etmək böyük şərəfdir. Ona missiyanın yerindəki fəaliyyəti barədə məlumat verilib. O, Niderlanddan olan əməkdaşlarla görüşdü və Xaçik kəndi ərazisində patrul xidmətinə qatıldı. Hazırda AB missiyasında 7 niderlandlı ekspert çalışır.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Niderlandın Ermənistandakı səfirinin Fransa səfiri kimi təxribatçı gedişi xoş deyil:

“Rəsmi Bakı birmənalı olaraq bütün dünyaya bəyan edir ki, üçüncü tərəflərin müdaxiləsi olmadan Azərbaycan-Ermənistan münasibətləri daha tez normallaşar. Amma Azərbaycanın bu xoşməramlı çağırışını Avropa dövlətləri qulaqardına vuraraq Ermənistanı qızışdırmaqla məşğuldurlar. Ümumiyyətlə iki ölkə arasında sülh müqaviləsinin baş tutmamasına çalışırlar. Niderland səfirinin şərti sərhədimizdə özünü göstərməsi, müşahidə missiyasının tərkibində müşahidə xidməti aparması həmin qəbildəndir. Yəni sözügedən hadisə növbəti təxribatdır. Burada məqdəs Azərbaycanı qıcıqlandırmaq, tərəflər arasında gərginliyi artırmaqdır. Onlar anlayırlar ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırsa, rəsmi İrəvan Qərb dövlətlərinin əlində oyuncaq olmayacaq. Əlbəttə, Niderland kimi bir dövlətim təmsilçisi bu səhvi etməli deyildi. Ancaq sözügedən addım yanlışlıqla baş tutmayıb və məqsədli şəkildə həyata keçirilən təxribatdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region