Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb - YENİLƏNİB

25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.