ABŞ-nin Nyu-York şəhərində yerləşən LaGuardia hava limanında sərnişin təyyarəsi ilə yanğınsöndürmə maşınının toqquşması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.
Sherg.az xəbər verir ki, hadisədən sonra hava limanı müvəqqəti olaraq uçuşların qəbulunu və göndərilməsini dayandırıb.


Məlumata görə, 11 sərnişin və iki fövqəladə xidmət əməkdaşı xəsarət alıb. Onların hamısı tibbi müəssisələrə yerləşdirilib.
Eyni zamanda, "NBC News" mənbələrə istinadən bildirir ki, qəza nəticəsində iki nəfər həyatını itirib. Yaralıların müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunur.
ABŞ-nin Federal Aviation Administration qurumu hadisədən dərhal sonra LaGuardia hava limanında uçuşlara qadağa tətbiq edib və insidenti “təyyarə ilə bağlı fövqəladə vəziyyət” kimi qiymətləndirib. Qurumun məlumatına görə, hava limanı ən azı bazar ertəsi saat 14:00-dək bağlı qalacaq.