Oğluna xəsarət yetirən atanı polis saxladı

Oğuz rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Sherg.az-a verilən məlumata görə, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.