Polis Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladıb

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.