
Psixoloq Elmir Əkbər: Əli-Afiyəddin cəmiyyət üçün təhlükəli adamdır
Psixoloq Elmir Əkbər: Əli-Afiyəddin cəmiyyət üçün təhlükəli adamdır
08:37 27.08.2024
Hadisə
437
“Bu yeniyetmə kimlərinsə gələcəyini məhv edə bilər”
“Belə insanlar daim nəzarət altında saxlanmalıdır, həm səhhəti, həm də davranışları. Cəmiyyət içinə buraxılmamalıdır”
Qeyri-adi davranışları ilə bir müddət gündəmdə olan yeniyetmənin sorağı bu dəfə Türkiyədən gəlib. Bu yeniyetmənin adı Azərbaycan dövlət və siyasi xadimi, bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilmiş mərhum Afiyəddin Cəlilovla bir hallanır. O, mərhum Afiyəddin Cəlilovun nəvəsidir. Adı Əli-Afiyəddindir və yayılan xəbərlərə görə məktəblidir. Əli-Afiyəddin bu ilin qışında küçədə, ictimai nəqliyyatda, liftdə etdiyi qeyri-adi, qeyri-adekvat hərəkətlərini videoya çəkib sosial şəbəkədə paylaşması ilə gündəmə gəldi. Cəmiyyət isə onu deyil, valideynlərini qınadı. Məlum oldu ki, bu hadisədən sonra yeniyetmə Psixiatriya Xəstəxanasına yerləşdirilib. İndi isə Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat etməsini əks etdirən görüntülər yayılıb. Oxu.az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevralın 1-də yerləşdirilib: “12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Elmir Əkbər isə yeniyetmənin cəmiyyət üçün təhlükə daşıdığını vurğuladı:

- Ötən dəfə də mən bildirdim ki, bu yeniyetmə və onun davranışları cəmiyyət üçün təhlükəlidir. Mən tibbi ekspertizada işləmiş həkim kimi deyə bilərəm ki, prosesin mahiyyətinə vardıqda bu şəxsin psixi problemləri olduğu qənaətinə gəlinir. Həm də təkcə psixoloji-nevroloji yox, hətta cinsəl baxımdan problemləri olduğunu düşünürəm. Buna elmi dildə cinsi qeyri-müəyyənlik deyilir. Bunları diqqətə alaraq şəxsən mən bu adamı cəmiyyət üçün təhlükəli hesab edirəm. Kim zəmanət verə bilər ki, bu şəxs xətaya yol verməyəcək, azyaşlılara qarşı zorakı davranmayacaq, insanlara təcavüz etməyəcək? Bu yeniyetmə kimlərinsə gələcəyini məhv edə bilər. Sabah, birisi gün o, hansısa azyaşlıya və yaxud bir xanıma, yaşlı insana – fərq etmir – kiməsə qarşı daha aqressiv davransa, qarşısıalınmaz bir hərəkətə, sonluğunu dəyişmək mümkün olmayacaq xətaya əl atsa, onu “psixi pozğunluqları olan şəxs” kimi təcrid edəcəklər, amma xətaya məruz qalmış insan bəlkə həyatını itirəcək, bəlkə gələcək həyatı məhv olacaq. Belə insanlar daim nəzarət altında saxlanmalıdır, həm səhhəti, həm də davranışları. Cəmiyyət içinə buraxılmamalıdır. Burada, əlbəttə ki, birinci günahkar onun valideynləridir. Valideynlər ailədə uşaqların psixi sağlamlığına diqqət etmirlər. Səhlənkarlıq edirlər. Baş vermiş hadisələrdə məhz valideynlər məsuliyyət və cavabdehlik daşıyırlar. Və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əqli sağlamlığında qüsurlar olan şəxslər üçün xüsusi yerlər var. Bu yeniyetməni də belə yerlərə yönləndirmək lazımdır. Çünki orada nəzarət var, şəxslərin kiməsə xəsarət yetirməsi, təhlükə daşıması minimum olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi