Bu gün saat 14 radələrində Qax rayonu Qaxbaş kəndi ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.