ABŞ-nin Nebraska ştatının Omaha şəhərində yol qəfil çökərək böyük çuxur yaranıb. Qırmızı işıqda gözləyən iki avtomobil saniyələr içində çuxura düşüb.
Sherg.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb, sürücülər təhlükəsiz şəkildə xilas edilib. Polis ərazidə təhlükəsizlik tədbirləri görərək yolu müvəqqəti olaraq nəqliyyata bağlayıb.