Qusarda baş verən avtoqəzada 4 nəfər yaralanıb

Dekabrın 9-u axşam saatlarında Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.

Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.