Rusiya ordusu Türkiyəyə məxsus yük gəmisinə zərbə endirdi

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində gəmidə yanğın baş verib və heyət üzvlərindən iki nəfər yaralanıb.

Rusiya ordusu pilotsuz uçuş aparatı vasitəsilə Vanuatu bayrağı altında üzən (lakin Türkiyəyə məxsus olan) "ANT" adlı yük gəmisinə hücum edib. Hücum zamanı gəmi Türkiyə istiqamətində hərəkətdə olub. Zərbə nəticəsində gəmidə yanğın başlayıb.

Ukrayna HDQ və Dəniz Axtarış-Xilasetmə Xidmətinin bölmələrinin müdaxiləsi sayəsində gəmidəki yanğın qısa müddətdə lokallaşdırılıb. Xəsarət alan iki heyət üzvü dərhal təxliyə edilərək tibb müəssisəsinə yerləşdirilib.