Saatlıda mübahisə qanla bitdi

Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Söhbətov Rizvan Məmmədağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb

Faktla bağlı araşdırma aparılır.