Saatlıda mübahisə qanla bitib

Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.