Sabunçu rayonunda bir nəfər yeni təmir etdiyi mənzili üçün aldığı kondisionerin avtomobilinin yük yerindən naməlum şəraitdə oğurlandığı barədə polisə məlumat verib.
Teleqraf xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 39 yaşlı T.Muxtarov müəyyən edilərək saxlanılıb.
Sabunçu rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə avtomobil ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən 46 yaşlı E.Rzayev və evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş 26 yaşlı D.Qasımzadə də saxlanılar.
Faktlarla bağlı araşdırmalar aparılır.