Sadəcə sevgilisinə qarşı allergiyası var!
04:32 14.09.2023
Hadisə
721
Qızarır, şişir: “Səbəb xəyanətdir”
ABŞ-nin Massaçusets ştatında yaşayan 22 yaşlı gənc qadın Virginia Nault allergiya xəstəliyinə tutulub. Bu, bildiyimiz, çoxuna tanış olan hər hansı qidaya, bitkiyə, havaya, günəş şüasına və ya tozcuqlara qarşı allergiya deyil. Virciniyanın allergiyası sevgilisinə qarşıdır. Bəli, məhz sevdiyi insana allergiyası var. Bu allergiya onu əməlli-başlı yataq xəstəsi edib. Həkimlər də bir anlam verə bilmir, müalicə təyin etməkdə çətinlik çəkirlər. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 1 il öncə, qarlı qış günündə Virciniya internetdə əks cinsin nümayəndəsi ilə tanış olub. Qısa müddətdə aralarında dostluq münasibətləri yaranıb, münasibətlər getdikcə sevgiyə çevrilib. Münasibətlərini daha da möhkəmləndirən cütlük bir müddət sonra görüşməyə başlayıblar. İşlər də elə bu zaman cığırından çıxıb. Sevdiyi şəxsə yaxınlaşan anda Virciniyanın üzündə qızartılar, qırmızı ləkələr əmələ gəlib. Hər dəfə eyni hal təkrar olunub. Virciniya bunu bir vaxtlar keçirdiyi dəri xəstəliyi – ekzemayla əlaqələndirib. Ağlına başqa bir versiya gəlməyib. Lakin sevgilisiylə hər dəfə görüşəndə təkrarlanan qızartılardan utanmağa, bezməyə başlayıb. Qızartılar gözlərinə də təsir edib, gözlərinin ətrafı da qızarmağa başlayıb. Gözləri sulanır, bəbəklərə qan toplanır, qaşınırdı. Üstəlik, bədənində də qızartılar əmələ gəlirdi. Sevgilisinin yanından ayrıldıqda isə qızartılar azalmağa başlayırdı. İlk vaxtlar Virciniya bunu sevgilisinin mənzilindəki durumla – qabların, paltarların yuyulmasında istifadə olunan maye, otağın havası və ya sevgilisinin istifadə etdiyi ətirlə bağlayıb. Sevgilisi ehtimal edilən əşyaların hamısını dəyişib. Virciniyanın vəziyyəti isə dəyişməz qalıb. Nəhayət, qadın bunun ciddi bir problem olduğunun fərqinə varıb. Qadın dermatoloqa və allergiya həkiminə müraciət edib. Lakin həkimlər problemə çarə tapmayıb. Virciniya özü haqqında məlumatları sosial şəbəkədə də paylaşaraq problemin nədən qaynaqlana biləcəyini müəyyən edən mütəxəssis axtardığını yazıb. Sosial media izləyiciləri isə fərqli səbəb tapıb: “sevgilin sənə xəyanət edir. Başqa birisiylə də görüşür. Səndə allergiya yaradan budur”, yazıblar. Virciniya isə bu ehtimalı yaxına buraxmır. Allergiya üzrə mütəxəssis-professor Ahmet Akçay isə bu fikirdədir ki, qadının bu durumu psixoloji vəziyyətinə, duyğularına bağlı ola bilər. Bəzi insanlar stress keçirdikdə, həyəcanlandıqda dərilərində qızartıların əmələ gəlməsi təcrübədə görünür. Bu cür qızartılar “qurdeşən” adlanır. Onun müalicəsində iynə terapiyasından istifadə edilir. Həkim misal çəkib “məktəbdə müəllim şagirdi lövhə qarşısına çıxaranda bir çox uşağın üzü qızarırdı. Bu, uşaqların müəllim qarşısında həyəcanlanmasından irəli gəlirdi. Hətta dərsini bilən, əlaçı uşaqlar da bəzən lövhə qarşısında qızarırlar. Bu da eyni durumdur. Çox güman ki, o xanım da sevgilisiylə görüşdə özünə güvənmir, həyəcanlanır, yaxud da həddindən artıq sevinir. Bu duyğusal vəziyyətlər onun qızarmasına, dərisində qızartılar əmələ gəlməsinə səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə