Siyəzəndə avtomobil kanala aşıb, sürücü ölüb

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

APA xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.

Araşdırma aparılır.