Şizofreniya xəstəsi atasına görə mübahisə etdi, anası və nənəsini girov götürdü

Türkiyənin Çorum şəhərində şizofreniya xəstəsi olduğu bildirilən M.U. evdə atası ilə mübahisə etdikdən sonra anası və nənəsini girov götürüb. Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Sherg.az xəbər verir ki, şəxsin qapını açmaqdan imtina etməsindən sonra yanğınsöndürənlər mənzilin qapısını sındıraraq içəri daxil olub. M.U. bibər qazı tətbiq edilərək zərərsizləşdirilib və saxlanılaraq xəstəxanaya aparılıb.

Bibər qazından təsirlənən ana və nənə də xəstəxanaya yerləşdirilib, hadisə zamanı qazdan zərər görən bir yanğınsöndürənə isə təcili yardım maşınında tibbi yardım göstərilib.