Sumqayıtda ölüm hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 21-ci mikrorayon ərazisində yerləşən “Yağ Dünyası” yağ dəyişmə məntəqəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elşad Əhəd oğlu həmin ərazidə qəflətən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.