Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.