Sumqayıtda zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdirildi

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Teleqraf-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 3-də saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.