Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Sherg.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.