Test nəticələri müsbət çıxdı

Qadağan olunmuş maddə istintaqı çərçivəsində saxlanılan "Duman" qrupunun solisti Kaan Tangözün test nəticələri açıqlanıb.

Axşam.az xəbər verir ki, onun da narkotik istifadə etdiyi bəlli olub.

Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib.

Kaanla eyni anda müğənni Murat Dalkılıç, aktyor İsmail Hacıoğlu və modelyer Kemal Doğulu da saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.