İstanbulda tarixi əsər qaçaqmalçılığına qarşı keçirilən əməliyyatda 6 202 ədəd obyekt ələ keçirilib. Sherg.az xəbər verir ki, saxlanılanlar arasında Osmanlı, Roma və Bizans dövrlərinə aid sikkələr, 17-19-cu əsrlərin qılıncları, medallar, osmanlı mətnləri, kilsə ikonaları və tablolar var.
Eyni zamanda, timsah əli, ceyran dərisi, piton dərisi vəhşi heyvanlara aid uzuvlar, eləcə də bu heyvanların diş və buynuzlarından hazırlanmış təsbeh, boyunbağı, daraq və fırçalar da aşkar edilib.
15 şübhəli saxlanılıb, 3 nəfər barəsində adliyyə nəzarət tədbiri görülüb, qalan 12-nin işi davam edir.
Təxminən 6 202 ədəd əsər və vəhşi heyvanlara aid materiallar aidiyyəti üzrə muzeylərə və təbiəti mühafizə orqanlarına təhvil veriləcək.