Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürüb

Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb