Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, zəlzələnin dərinliyi 9,18 km olub.

Ətraf bölgələrdə də hiss edilən zəlzələ nəticəsində, ilkin məlumata görə, hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.