Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü öldürən şagirdin atası saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
***
15:48
Türkiyənin Kahramanmaraş şəhərində orta məktəblərdən birinə silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***
15:10
Türkiyənin Kahramanmaraş şəhərindəki orta məktəblərdən birində silahlı insident baş verib.
Teleqraf xəbər verir ki, Türkiyə mediasının məlumatına hadisə şəhərin Onikişubat rayonunda yerləşən Ayşel Çalık orta məktəbində qeydə alınıb.
Məktəb binasından silah səslərinin eşidilməsindən dərhal sonra əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə nəticəsində 6 nəfər yaralanıb.
Qeyd edək ki, analoji hadisə ötən gün Şanlıurfa şəhərində də qeydə alınmışdı.