Ukraynada ticarət mərkəzində atışma baş verdi

Bu gün axşam saatlarında Ukraynanın Xmelnitski şəhərində ticarət mərkəzlərindən birində silahlı atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, atışma “Oazis” ticarət mərkəzində baş verib. Hazırda xəsarət alanlar və hadisənin digər təfərrüatları barədə məlumat yoxdur.