Azərbaycanda vəkil qəfil vəfat edib.
Sherg.az Oxu.Az-a istinadla xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Aydın Ələkbərov ürək çatışmazlığından dünyasını dəyişib.
1957-ci il təvəllüdlü A.Ələkbərov Bakı şəhər 8 saylı Vəkil bürosunun vəkili idi. Dünən onun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.