Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyan məhkəmədə ifadə verib

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyana ittiham elan olunub.

Sonra Karen Avanesyan məhkəmədə ifadə verib.

Prosesdə həmçinin hadisə zamanı zərə çəkənlərin və şahidlərin də ifadələri dinlənilib.

Növbəti məhkəmə prosesi dekabrın 18-nə təyin olunub.