Yasamalda su xəttinin partlamasının fəsadları: “Heç nəyi xilas edə bilmədim” – YENİLƏNİB + FOTO/VİDEO
Yusif Nəzərli
07:33 26.10.2022
Hadisə
751
“Bütün avadanlıqlar yararsız hala düşüb”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən fitnes mərkəzinin sahibi Mahmud Ələkbərov deyib.
Sahibkarın sözlərinə görə, sığorta şirkətinə müraciət etsə də, hələ ki maraqlanan yoxdur:
“Səhər saatlarında, 08:20-də zalda idim. Məndən başqa heç kəs yox idi. Suyun səsinə çölə çıxdım. Su binanın içinə doldu. Özümü itirdim. Ancaq özüm çıxa bildim. Heç nəyi xilas edə bilmədim. Təkcə qaçış aparatının qiyməti 10 000 manatdır. 200 000 manata yaxın ziyan dəyib”.
Sahibkar Mustafa Mirzəyev isə bildirib ki, ona məxsus iki obyekt yararsız hala düşüb.
Onun sözlərinə görə, sığorta şirkətindən hələ ki heç bir xəbər yoxdur:
“Hadisədən səhər saatlarında xəbərim oldu. Obyektlər suyun içində idi. Yuxarı tərəfdən boru partladığına görə bütün su bura axıb. Obyektlərimdən birində əl işi olan paltarlar var. Hamısı yararsız hala düşüb. Digər obyektim SPA mərkəzi idi. Oradakı avadanlıqlara da ciddi ziyan dəyib”.
11:14
“Bir neçə obyektə ziyan dəyib”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi polkovnik Rəşad Nəsirov deyib.
Onun sözlərinə görə, suyun çəkilməsi iki saata yekunlaşacaq:
“Qəza nəticəsində ətraf əraziləri su basıb. Suyun çəkilməsi davam edir. Suyun səviyyəsi 60 sm aşağı düşüb. Nə qədər obyektə ziyan dəydiyi məlum deyil. Proses iki saata yekunlaşacaq. Üç avtomobil cəlb olunub. Bir neçə obyektə ziyan dəyib”.
11:02
“Heç bir yerdə su təczihatı dayandırılmayıb”.
Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirov deyib.
Onun sözlərinə görə, gün ərzində suyun verilməsində heç bir çətinlik yaranmayacaq:
“Hadisə səhər saatlarında Əsəd Əhmədov küçəsində baş verib. Təbii qəza hadisəsidir. Qəza briqadaları cəlb olunub. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir çətinlik yoxdur. Kifayət qədər su anbarımız var. Qəza magistral kəmərdə olub. Bu su kəmərindən əhali birbaşa istifadə etmir. Xətt 2010-cu ildə çəkilib. Suyun verilməsində heç bir çətinlik yoxdur. Kifayət qədər suyumuz var. Heç bir şikayət yoxdur”.
10:14
“Paytaxtın Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq yolun hərəkət istiqamətinin çökməsi, həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində yolların müvəqqəti məhdudlaşdırılması tərəfimizdən həyata keçirilib, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”.
Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlar ki, hərəkət normal şəkildə tənzimlənsin. Vətəndaşlarımızdan, xüsusilə sürücülərimizdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti hərəkət istiqamətlərinin dəyişdirilməsini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar”, - deyə o vurğulayıb.
09:58
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, ərazidə qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
08:38
“Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı daha bir açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, qurumun mətbuat xidməti Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:
“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya