
Yasin Mustafayev: Yol kənarında təmizliklə məşğul olanlara ciddi xəbardarlıq edilməlidir
11:01 06.11.2024
Hadisə
836
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi "Volkswagen" markalı avtomobillə piyada E.İrzayevanı vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "oxu.az"a bildirib.
O qeyd edib ki, qəza noyabrın 6-da, saat 09:25-də baş verib:
"Zərərçəkən aldığı bədən xəsarətləri nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən şəxs ərazini süpürən təmizlik işçisi olub.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, son zamanlar yol nəqliyyat hadisələrinin qurbanları arasında təmizlik işçilərinin olması narahatlıq doğurur:

"Ümumiyyətlə, hər bir sahədə təhlükəsizlik qaydaları mövcuddur. Həmin qaydalar işçilərə təlimat şəklində keçirilir. Buna görə, onlar bir növ məsuliyyət daşıyır. Doğrudur, yol kənarlarında süpürgəçi qadınları çox görürük. Onların yolları təmizləmək baxımında rolları və zəhmətləri danılmazdır. Lakin insan sağlamlığı daha önəmlidir. Bu işlə məşğul olanların çoxu yaşlı qadınlardır. Birincisi, həmin yaşda olan xanımların bu sahədə işləməyə cəlb etmək doğru deyil. Yol kənarında təmizlik edənlərə ciddi xəbardarlıq edilməlidir ki, diqqətli olsunlar. Bəzi hallarda onlar öz işlərinin aurasına daxil olaraq kənardakı təhlükəni görə bilmirlər. Nəzərə almaq lazımdır kı, yolda minik vasitələri müəyyən sürətlə hərəkət edirlər və çəkiləri kifayət qədər ağırdır. Ona görə də nəqliyyat vasitələrinin təhlükədən yayınması vaxt və məsafə tələb edir. Nəticədə də qəzaların baş verməsi qaçınılmaz olur. Belə stiuasiyalarda sürücülər nə qədər diqqətli olsalar da yol kənarındakı təmizlik işçilərinin təhlükəsiz qaydaları rəhbərləri tərəfindən təmin edilməlidir. Onlar hansı şəraitdə işləmələri analiz edilərək risklər müəyyən olunmalıdır. Əlavə olaraq sürücülər, avtomobildə olan sərnişinlər maksimum dərəcədə yolları zibilləməməyə çalışsınlar. İnsanlar əl əməyindən istifadəni qınayırlar, lakin əl əməyindən istifadə üçün şərait yaradırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi