Zaqatalada idarəetmədən çıxan “QAZ-24” körpüdən aşıb

Zaqatalanın Əliabad qəsəbəsi ərazisində minik avtomobili aşıb, bir nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 56 yaşlı qəsəbə sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın təfərrüatları araşdırılır.